İcarəyə verilir 4 otaqlı yeni tikili 170 m², Nizami m.
Mənzil şəhərin tam mərkəzində, Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən prestijli “Capital Towers” yaşayış kompleksində yerləşir. Ətrafında Mərkəzi Park, İzmir Parkı, Müşviq Parkı, 21 Əsr məktəbi, supermarketlər və müxtəlif iaşə obyektləri mövcuddur ki, bu da gündəlik həyat üçün maksimum komfort təmin edir.
4 otaqdan ibarət olan mənzil geniş və funksional planlanmaya malikdir. Mənzildə 2 sanitar qovşağı və 2 eyvan mövcuddur. Kompleksdə sakinlərin rahatlığı və təhlükəsizliyi üçün 24 saat mühafizə xidməti, 3 ədəd sürətli lift və resepsion xidməti fəaliyyət göstərir. Həmçinin açıq və qapalı parkinq imkanları da mövcuddur.
Mənzil tam təmirli və bütün zəruri mebel və texnika ilə təmin olunub, şəkillərdə gördüyünüz kimi tam hazır vəziyyətdədir.
Kommunal ödənişlər qiymətə daxildir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.





























































































































































































