Satılır 4 otaqlı köhnə tikili 100 m², Gənclik m.
N.Nərimanov metrosuna cəmi 10–15 dəqiqəlik piyada məsafədə Yusif Vəzir Çəmənzəminli küçəsində, şəhərin sürətlə inkişaf edən və yeni çəkilən yolunun üzərində yerləşən, geniş və rahat planlanmaya malik 4 otaqlı mənzil satışa təqdim olunur.
.
Mənzilin sənədi çıxarışdır (kupça) və sahəsi 94 kv.m olaraq qeyd olunsa da, real ölçüsü təxminən 100 kv.m-dir.
Proyekti eksperimental tipə aiddir və bu tip binalar Bakıda çox nadir hallarda tikildiyi üçün həm planlanması, həm də genişliyi ilə seçilir.
.
Mənzil uzun və funksional dəhlizə, rahat yerləşdirilmiş otaqlara malikdir. Otaqların bölgüsü ailə komfortu üçün olduqca əlverişlidir.
Böyük və geniş lodjiya mənzilə əlavə rahatlıq qatır.
Mənzil yelçəkəndir (skvoznoy), bu da təbii havalandırmanı maksimum səviyyədə təmin edir.
.
Pəncərələr həm yeni çəkilən yola, həm də sakit və geniş həyətə baxır. Mənzilin təmiri köhnə olsa da, çox səliqəli saxlanılıb və yaşayış üçün tam yararlıdır.
İstilik sistemi Azəristilik tərəfindən təmin olunur.
.
Ətraf mühit baxımından da çox əlverişli yerdə yerləşir.
Yaxınlıqda 3 məktəb, müxtəlif marketlər, köhnə Keşlə bazarı və məşhur “Kitayskiy” restoran fəaliyyət göstərir.
Bu da gündəlik ehtiyacların rahatlıqla qarşılanmasına şərait yaradır.
.
Binanın geniş həyəti var və avtomobil saxlamaq üçün rahat parkovka imkanları mövcuddur.
.
Bu mənzil həm yaşamaq, həm də gələcəkdə investisiya və satış məqsədilə çox əlverişli variantdır.
Şirkət haqqı alıcıdan: 1% təşkil edir







































































































































































