Satılır 2 otaqlı köhnə tikili 65 m², Nərimanov r.
KUPÇALI !
İPOTEKAYA YARARLI !
Nərimanov rayonunun ən prestijli və rahat yaşayış zonalarından birində, Həsən Əliyev küçəsində, Rus Mədəniyyət Evinin yaxınlıqında yerləşən 9 mərtəbəli möhkəm daş binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan, eksperimental layihəli, qanuni 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil geniş və funksional planlaşdırmaya malik olub, ailəvi yaşayış üçün olduqca əlverişlidir.
Mənzildə mərkəzi istilik sistemi mövcuddur, qaz, su və işıq fasiləsiz təmin edilir. Bina yüksək keyfiyyətlə inşa olunmuş daş binadır və uzunömürlü, dayanıqlı konstruksiyası ilə seçilir. Həyəti tam abadlaşdırılmışdır, sakinlər üçün geniş parking ərazisi, besetka və yaşıllıq zonası yaradılmışdır ki, bu da rahat və sakit yaşayış mühiti formalaşdırır.
Ərazi infrastruktura baxımından çox əlverişlidir – yaxınlıqda məktəblər, uşaq bağçaları, supermarketlər və müxtəlif iaşə obyektləri yerləşir. Nəqliyyat baxımından da çox rahat mövqedədir.
Sənədlər tam qaydasındadır. Şirkətin xidmət haqqı 1% təşkil edir.

























































































































