İcarəyə verilir 2 otaqlı yeni tikili 100 m², Nəriman Nərimanov m.
Nərimanov rayonu, "Nərimanov" metrosunun yaxınlığında, Əliyar Əliyev küçəsində yerləşən "Azinko" yaşayış kompleksində mənzil kirayə verilir.
Mənzil kompleksin 1-ci binasında, 15 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 100 kv.m olan mənzil 2 otaqlıdır və 2 eyvanı (balkonu) var. Mənzil əla təmirlidir və yaşayış üçün zəruri olan bütün əşyalarla təmin olunub.
Mənzilin göstəriciləri və şəraiti:
Bütün otaqlarda kondisioner və televizor mövcuddur.
İstilik sistemi kombidir, bütün mənzil isti döşəmə ilə təchiz olunub.
İnternet, KATV və damafon xidmətləri aktivdir.
Mətbəxdə mikrodalğalı soba, paltaryuyan və digər məişət avadanlıqları var.
2 sanitar qovşağı və hamamda cakuzi mövcuddur.
Binanın üstünlükləri:
7/24 mühafizə xidməti.
Binanın daxilində uşaq baxçası və 24 saat fəaliyyət göstərən market.
İstəyə uyğun olaraq aylıq əlavə 70 manat ödənişlə yeraltı qarajdan istifadə imkanı.
Kirayə şərtləri:
Mənzil yalnız ailəyə kirayə verilir.
Aylıq ödəniş: 800 manat (Bir neçə aylıq ödəniş öncədən edilərsə, aylıq 750 manat).
Ofis haqqı: 30 faiz.

































































































































































































































